# 3 Yumurta çuxur bir qaba qırılır, üzərinə 1,5 stəkan şəkər tozu əlavə olunur, şəkər əriyənə qədər miksərlə 7-8 dəqiqə çırpılır.
# Üzərinə
qatıq, duru yağ, ələnmiş un, vanil, pakmaya əlavə olunur, ləvazimatlar özləşənə qədər qarışdırılır.
# Ortası dəlik olmayan keks qəibi əvvəlcə yağlanır, sonra üzərinə un səpilir. ( Qəlib yoxsa, kiçik yuvarlaq kənarlı bir nimçə də istifadə oluna bilər.)
# Qəlibə hazırlanan keks xərcinin (qarışımı) yarısı qoyulur, düzəldilir.
# Üzərinə incə dilimlənmiş
armudlar yan yana düzülür. Armud dilimlərinin üzərinə əvvəlcə bir yemək qaşığı şəkər tozu, sonra damla
şokolad səpilir.
# Armudların üzərinə qalan keks xərci qoyulurdüzəldilir üzərinə
armud dilimləri düzülür. Üzərinə
armud dilimləri düzülür, şəkər səpilir.
# Hazırlanan keks əvvəlcədən qızdırılmış 175 dərəcə sobada təxminən 50 dəqiqə bişirilir.
# Sobadan çıxıb, soyuyunca üzərinə 1 çay stəkanı suda, 1 yemək qaşığı şəkər qarışımı gəzdirilir.
# Ən son üzərinə
südlə çırpılmış
krem şanti örtülür, soyuducuda ən az 2 saat dinləndirilir. Dilimləyərək xidmət edilir.